İspaniya

Onu “Barsa”ya keçməyə bu şəxs sövq edib: Zəng edib dedi ki… – Foto

Polşalı qapıçı Voyçex Şensnı “Barselona”nın hücumçusu Robert Levandovskinin Kataloniya klubuna keçməsinə böyük təsir göstərdiyini deyib.

“Robert mənə zəng edib transferin mümkün olub-olmadığını soruşan ilk şəxs oldu. O, məni inandırdı, çünki yeni çağırışa hazır olub-olmadığımı bilmirdim. Sonra ailəm və dostlarımla danışdım. Hamı dedi ki, imtina etsəm, səhv edəcəm. Robert böyük rol oynadı, çünki o, məni inandırmağa çalışan ilk şəxs idi”,- “Barca Universal” Şensnıdan sitat gətirib.

Polyak oktyabrın 2-də “blauqrana” ilə 30 iyun 2025-ci ilə qədər müqavilə imzalayıb.

Daha əvvəl 34 yaşlı Voyçex Şesni karyerasını başa vurduğunu açıqlasa da, “Barselona”nın marağı fonunda futbola qayıtmaq istədiyini bildirmişdi. Onun əvvəlki klubu 2017-ci ildən çıxış etdiyi İtaliyanın “Yuventus”u olub.

Onu “Barsa”ya keçməyə bu şəxs sövq edib: Zəng edib dedi ki... - Foto

Aut.az