Dünya futboluİngiltərə

Nasser Əl-Xelaifi onun atası və qardaşı ilə görüşdü

PSJ-nin sahibi Nasser Əl-Xelaifi “Tottenhem”in hücumçusu Harri Keynin atası və qardaşı ilə görüşüb.

Aut.az xəbər verir ki, bu barədə “Twitter”də “Sports Zone” məlumat yayıb.

Bildirilir ki, Paris klubu 29 yaşlı hücumçu ilə müqavilə imzalamaq istəyir. Bildirilir ki, tezliklə komandanın baş məşqçisi olacaq Luis Enrike də onun transferində israr edir.

Mənbənin bildirdiyinə görə, ingilis futbolçunu transfer etmək üçün hələ də favorit “Bavariya”dır. Onunla “Mançester Yunayted” də maraqlanır.

Aut.az