Dünya futbolu

“Bernabeu”da əfsanələrin görüşü: Marselodan möhtəşəm ötürmə – VİDEO

“Santyaqo Bernabeu”da “Real” və Dortmund “Borussiya”sının əfsanələri arasında xeyriyyə oyunu keçirilib.

Aut.az xəbər verir ki, qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Əldə edilən gəlir imkansız təbəqədən olan gənclərə kömək, həmçinin “Royal Club”un xeyriyyə layihələrinə sərf olunacaq.

4-cü dəqiqədə Marselonun möhtəşəm qol ötürməsi sosial şəbəkələrdə müzakirə olunub. Fanatlar onun hələ də formada olduğunu bildiriblər.