Millinin futbolçusu görmə qabiliyyətini niyə itirib?
Portuqaliya millisinin və ABŞ Milli Qadınlar Futbol Liqasının (NWSL) çıxış edən “Qotema” klubunun 30 yaşlı futbolçusu Cessika Silva məşq zamanı topun zərblə sifətinə dəyməsindən sonra görmə qabiliyyətini qismən itirib.
Aut.az xəbər verir ki, bu barədə futbolçu özü sosial şəbəkədə məlumat verib.
“Məşq zamanı çox sərt zərbə aldım və bu hadisədən sonra sağ gözüm görmədi. Xəstəxanaya getdim, əvvəlcə oftalmoloqa, sonra tor qişa mütəxəssisinə, o da təsdiq etdi ki, gözümdə qanaxma var. Torlu qişa zədələnib, amma xoşbəxtlikdən qopmayıb. Bu yaxşı əlamətdir, lakin hələ də risk var, ona görə də mütəmadi olaraq nəzarət altında olmalıyam. Bərpa bir müddət çəkə bilər.
İndi qeyri-müəyyən müddətə fasilə lazımdır. Bu məni kədərləndirir, çünki xoşbəxt idim – amma bu, futbolun bir hissəsidir. Yalnız hər şeyi qurban verməyə hazır olanlar həqiqi mükafat alırlar.
İndi ən vacib şey görmə qabiliyyətini bərpa etməkdir. Nə vaxt yenidən oynaya biləcəyimi deyə bilmərəm. Hazırda sağalmağımı sürətləndirmək üçün müalicə alıram”, – Silva yazıb.
Aut.az
