İngiltərə

“Arsenal”ın tarixinə düşdü

 İngiltərə çempionatının 1-ci turunun “Arsenal” – “Vulverhempton” oyunu (2:0) baş tutub.

Aut.az xəbər verir ki, bu görüş “topçular”ın müdafiəçisi Uilyam Saliba üçün əlamətdar olub. O, London klubunun heyətində 50-ci qələbəsini qazanıb. Buna nail olmaq üçün ona 66 matç kifayət edib.

Bununla, Saliba Naço Monrealın “Arsenal”da keçirdiyi ilk 70 matçda 50 qələbəlik rekordunu geridə qoyub.

Aut.az