“Siti” “Bayer”ə 200 milyon ödəyəcək?
“Mançester Siti” “Bayer Leverkuzen”in futbolçuları Floryan Virts və Jeremi Frimponqu almaq variantını nəzərdən keçirir.
Aut.az xəbər verir ki, “şəhərlilər” onlar görə yayda Almaniya klubuna 170-200 milyon avro ödəyə bilər. Bu barədə “Caught Offside” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Siti” Leverkuzen klubunun oyunçuları üçün “Arsenal”, “Liverpul”, “Real”, “Bavariya” və PSJ ilə rəqabət apara bilər.
Aut.az
