Premyer Liqa klubunun başı dərddə: Xalları silinə bilər
“Lester” İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda daha bir ittihamla üzləşə bilər.
Aut.az xəbər verir ki, b barədə “The Guardian” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Premyer Liqa hüquqşünasları klubun qanun pozuntularına yol verib-vermədiyini müəyyən etmək üçün yaxın iki həftə ərzində göstəriciləri qiymətləndirəcəklər. Sanksiya qərarının yanvarın 13-də dərc olunacağı gözlənilir. Qeyd olunur ki, “Lester” rəhbərliyi növbəti ittihamdan yayına biləcəklərinə əmin olduğunu bildirib.
Xatırladaq ki, 2024-cü ilin martında Premyer Liqa “Lester”i 2022/2023 mövsümündə maliyyə pozuntularında ittiham etmişdi. Klub əvvəlcə komissiyanın işə baxılması səlahiyyətinə etiraz etsə də, iddia rədd edilib. Sonradan bu qərardan apellyasiya şikayəti verilib və qərar təmin edilib. Buna görə də klub bu mövsümün əvvəlində 24,4 milyon funt-sterlinq dəyərində maliyyə qaydalarını pozduğuna görə xallarının silinməsindən yayınıb.
Aut.az
