Avropa nəhəngləri 17 yaşlı vunderkind üçün yarışa girdi
“Sportinq”in gənc vingeri Covani Kuenda Avropanın top klublarının diqqətini çəkib.
Aut.az xəbər verir ki, 17 yaşlı portuqaliyalı PSJ, “Liverpul”, “Mançester Siti” və “Mançester Yunayted”in maraq dairəsindədir. Bu barədə unsayder Rudi Qaletti məlumat yayıb.
Mənbənin sözlərinə görə, Avropanın top klubları qış transfer pəncərəsində Kuenda ilə müqavilə imzalamağı düşünür.
Bu mövsüm Kuenda “Sportinq”in heyətində bütün yarışlarda 27 oyun keçirib. Aktivində 2 qolu və 3 məhsuldar ötürməsi var.
Aut.az
