Görün onu necə qoruyurlar – VİDEO
“İnter Mayami”nin futbolçusu Lionel Messi barədə maraqlı məqam ortaya çıxıb.
Aut.az xəbər verir ki, argentinalı futbolçu şəxsi həyatda, oyunlar zamanı da xüsusi mühafizəçinin nəzarəti alında olur. Həmin şəxsə xüsusi akkredatsiya verilib. O, qaydalara zidd olsa da, oyunlar zamanı meydanın kənarında – daha doğrusu, Messinin hərəkət etdiyi ərazilərə yaxın yerdə olur. Hətta onun meydana daxil olmaq icazəsi də var.
Həmin mühafizəçinin kimin istəyi ilə işə götürüldüyü məlum olmasa da, Leonun hər addımını təqib etdiyini aşağıdakı videodan görə bilərsiniz.
