“Acdan öl”, “meymun” – Onlar deyirmiş, bu da eşidirmiş
Dieqo Kosta İspaniyadakı irqçilik problemindən danışıb.
Aut.az xəbər verir ki, Kosta İspaniyaya təzə gələndə meymun adlandırıldığını bildirib.
“Vinisiusun üzləşdiyi problemlə bağlı vəziyyət haqda fikir formalaşdırmaq çox çətindir. Yadımdadır, İspaniyaya gələndə rəqiblərimin mənə dediklərini eşidirdim: “Ölkənə get”, “acdan öl”, “meymun”… Mən başa düşürdüm ki, bu, məni oyundan qopartmaq üçündür. Amma belə ifadələrə görə insanların çox ağrıdığını bilirəm.
Vinisius qaradərilidir. Hekayə tamam başqadır, irqçilik çoxdan var, insanlar buna görə çox əziyyət çəkiblər. Çox adam deyir ki, bu mərhələni keçməlisən, amma bu doğru deyil. Bəziləri ilə işləyir, məsələn, mənim üçün daha asan oldu. Amma heç kim onların yaşadıqlarını başa düşmür. Bu ağrıları ancaq onlar başa düşürlər.
Vinisiusun döyüşmək üçün səbəbləri var. O, heç nəyi asanlıqla əldə etməyib. Onun bərabərlik istəməsi üçün hər cür əsas var”, – “Relevo” Kostodan sitat gətirib.
