ŞOK! Nazir Benzemanı terrorçularla əməkdaşlıqda ittiham etdi
“Əl-İttihad”ın ulduz futbolçusu Kərim Benzema terror təşkilatı ilə əlaqədə ittiham olunur.
Aut.az xəbər verir ki, Fransa Daxili İşlər Naziri Gerald Darmanin belə iddia ilə çıxış edib.
Fransalı hücumçu İsraillə münaqişədə Fələstini dəstəklədiyini bildirdiyi üçün hər yerdən tənqidlərə məruz qalıb. Ciddi ittihamlarla üzləşən Benzema daxili işlər nazirinin də hədəfinə düşüb. O, Kərimi “Müsəlman Qardaşlar” adlı terror qruplaşması ilə əlaqədə olmaqda ittiham edir.
Qeyd edək ki, futbolçu sosial şəbəkədə Qəzza zolağında bütün partlayışların dayandırılmasını tələb edən paylaşım edib.
