Yollar ayrıldı
Sloveniyanın “Olimpiya” klubunda baş məşqçi Albert Riera ilə yollar ayrılıb.
Aut.az xəbər verir ki, bu barədə Lyublyana təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Olimpiya” Sloveniya çempionatında 2022/2023 mövsümünün qalibi olub. Sözügedən kollektiv eyni zamanda ölkə kubokunu da qazanıb.
