İngiltərə

MY-nin əfsanəsi Türkiyədə əməliyyat olundu

“Mançester Yunayted”in əfsanəsi Türkiyə klinikalarından birində əməliyyat olunub.

Aut.az xəbər verir ki, o, İstanbuldakı klinik xəstəxanalardan birinə müraciət edib. İngiltərəli veteran futbolçu saç və çənə transplantasiyası əməliyyatı keçirib.

Bazar ertəsi Ferdinandın ziyarətinin videosu klinikanın tiktok profilində yayımlanıb. Yayımlanan kadrlar prosedurun müxtəlif mərhələlərini göstərir.

Qeyd edək ki, Ferdinand sözügedən klinikaya müraciət edən ilk futbolçu deyil. Siyahıda Ryan Babel, Bakari Sanya, David Trezege və Diego Luqano kimi adlar var.