“Neftçi” rəhbərliyi Qara Qarayevə bildirdi: Bizə lazım deyilsən – Bu komandaya keçir
“Neftçi”nin futbolçusu Qara Qarayev yaxın günlərdə “ağ-qaralar”ı tərk edə bilər.
Aut.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubunun rəhbərliyi 31 yaşlı futbolçuya baş məşqçi Roman Qriqorçukun xidmətində maraqlı olmadığı barədə mesaj çatdırıblar. Buna görə də Qarayev yeni klub axtarışlarına başlayıb.
Artıq onun bir “elçi”si var. Söhbət “Zirə”dən gedir. “Qartallar”ın baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”dan sabiq komanda yoldaşının vəziyyətindən xəbər tutan kimi onunla əlaqə saxlayıb və komandasına dəvət edib. Yeni mövsümdə daha iddialı komanda qurmağı hədəfləyən Sadıqov Qarayevlə mərkəz xəttini gücləndirmək istəyir.
Qara azad agent statusu ilə transfer olunduğu “Neftçi”dən eyni şərtlər altında ayrılmağı bacarsa, dərhal “Zirə”nin sıralarına qoşulacaq.
Qeyd edək ki, Qara Qarayev ötən ilin yayında “Qarabağ”ı “Neftçi”yə dəyişib.
Aut.az
