İngiltərə

“Pəhrizdə olmayan Pep” – Qvardiola onun ləqəbinə münasibət bildirdi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola bəzi insanların “Çelsi”nin baş məşqçisi Entso Mareskanı “Pəhrizdə olmayan Pep” adlandırmasına münasibəti bildirib.

“Pep pəhrizdə deyil? Bütün bunlar saç və saqqala görədir.

O, ailə üzvləri kimi inanılmaz dərəcədə yaxşı insandır. Entso “Lester”də həqiqətən əla iş gördü və indi İngiltərədə ilk beş-altılıqda olan bir komandaya məşqçilik edir. Ona ən yaxşısını arzulayıram, çünki o, buna layiqdir”, – deyə Qvardiolanın sözlərindən “Goal” sitat gətirib.

Xatırladaq ki, 2022-2023-cü illərdə Mareska “Mançester Siti”də Qvardiolanın köməkçisi vəzifəsində çalışıb. 2020-2021-ci illərdə italiyalı mütəxəssis “Siti”nin gənclər komandasına rəhbərlik edib. Mareskanın “Çelsi” ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Aut.az