Ronaldo gələndə “Yunayted”də bu problemlər yaranıbmış – Sulşer açıqladı
“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ole Qunnar Sulşer Kriştiano Ronaldonun komandaya qayıtmasından sonra yaranan problemlər barədə danışıb.
Aut.az xəbər verir ki, bu barədə Sulşer “Evening Standard”a müsahibəsində bildirib.
“Bu, çox sürətli qərar idi. “Yuventus”dan ayrılacağı bəlli olanda onu istəyən başqa klublar da var idi. “Mançester Yunayted” məndən soruşdu: “Onu geri qaytarmağa cəhd etməyimizi istərdinizmi?” “Bəli” dedim, çünki bilirik ki, Kriştiano keyfiyyətli oyunçudur və onun 37 yaşı var. Ancaq bunun öhdəsindən gəlməliyik – o, dünyanın ən yaxşı bombardiridir. Nə mənim, nə də Kriştiano üçün nəticə vermədi, amma o zaman bu düzgün qərar idi.
Dərhal necə kiçik dəyişikliklər edəcəyimizi düşünməyə başladıq. Kriştiano, Antoni Marsialdan fərqlidir, eləcə də, Meyson Qrinvud və ya Markus Reşforddan. Kriştiano gələndə ən çox əziyyət çəkən Edinson Kavani idi.
Ronaldo dörd matçdan üçündə oynamaq istəyirdi, o da qocaldığını anlayırdı. Amma bir gün onu ehtiyatda qoyanda o, narazı olacaq. Kriştiano gələndə Den Ceymsi buraxdıq, onlar iki fərqli oyunçudur. Mənim üçün bu, düzgün qərar idi, amma səhv olduğu ortaya çıxdı”, – Sulşer deyib.
Xatırladaq ki, Ronaldo 2021-2022-ci illərdə “Mançester Yunayted”də çıxış edib. Portuqaliyalı forvard hazırda “Əl-Nəsr”də oynayır.
Aut.az
