İngiltərə

“Siri” Nuri ilə bağlı sorğu göndərdi

“Mançester Siti” müdafiəçi Rayan Ait-Nuri ilə maraqlanır.

Aut.az xəbər verir ki, insayder Fabritsio Romanonun sözlərinə görə, “şəhərlilər” oyunçunun transfer şərtlərini “Vulverhemton”dan istəyiblər.

Futbolçu klubun sol cinah müdafiəçisi mövqeyinə iddialılar siyahısında yüksək yer tutur. Onunla təmasların davam edəcəyi gözlənilir.

Ait Nurinin “qurdlar”la hazırkı müqaviləsi  30 iyun 2026-cı ilə qədərdir.

Bu mövsüm Rayan Premyer Liqada 37 oyun keçirib, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.

Aut.az