Arteta karyerası ilə bağlı önəmli qərar verdi
London “Arsenal”ının baş məşqçisi Mikel Arteta klubu ilə yeni müqavilənin şərtlərini razılaşdırıb.
Aut.az xəbər verir ki, bu barədə nüfuzlu britaniyalı jurnalist Devid Ornşteyn məlumat yayıb.
Mənbənin məlumatına görə, “topçular”la 42 yaşlı ispan mütəxəssis arasında yeni müqavilə 2026/27 mövsümünün sonuna kimi qüvvədə olacaq. Tərəflər arasında mövcud razılaşma yalnız cari mövsüm başa çatana qədər etibarlıdır.
“Arsenal” hazırda İngiltərə Premyer Liqasında keçirdiyi 3 oyundan 7 xalla 4-cü yerdədir.
Aut.az
