Digər

İSU açıqladı: Rusların heç bir şansı yoxdur

Beynəlxalq Konkisürmə İttifaqı (ISU) bəyan edib ki, rusiyalı cütlüklərin və buz rəqsi duetlərinin 2026-cı il Olimpiya Oyunlarının seçimində iştirak etmək şansı yoxdur.

Aut.az xəbər verir ki, bu barədə İSU-dan “VseProSport”a bildiriblər.

ISU Rusiyadan olan idman cütlüklərinin və rəqs duetlərinin fiqurlu konkisürmə üzrə Olimpiya seçimlərində iştirakına icazə vermirdi.

Buz rəqsi üzrə Rusiya çempionları Aleksandra Stepanova və İvan Bukin BOK-un rəhbərinə açıq məktub yazaraq ondan 2026-cı il Oyunlarının seçiminə mümkün buraxılışla bağlı qərara yenidən baxmağı xahiş ediblər.

“Rusiyalı cütlüklərin və rəqs duetlərinin Milanda keçiriləcək qarşıdan gələn Qış Olimpiya Oyunlarında iştirak etmək şansı yoxdur. ISU-nun qərarı qətidir və heç bir halda ona yenidən baxılması və ya müraciət edilməsini nəzərdə tutmur”, – açıqlamada bildirilir.

Aut.az