Digər

Millidə yeni baş məşqçilər

11 yanvar 2024-cü il tarixində Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov məşqçilərlə görüşüb.

Aut.az xəbər verir ki, görüşdə federasiyanın Baş katibi Məhərrəm Sultanzadə və İcraiyyə Komitəsinin üzvü Şəlalə Yaqubova da iştirak etdilər.

Görüş ərzində məşqçilərin təklifləri dinlənilib. Eləcə də milli komandanın 2024-cü il üçün yeni məşqçi heyəti təqdim edilib.

Hakim İbrahimov – Baş məşqçi

Nazim İsrafilov – Ehtiyat üzrə baş məşqçi

Valentin Bulıçev – Sprint üzrə böyük məşqçi

Ziyad Xəlfəyev – Tullanmalar üzrə böyük məşqçi

Vüqar Ələsgərov – Dözümlülük üzrə böyük məşqçi

Emil Şahtahtinski – Atmalar üzrə böyük məşqçi

Anar Yusifov – Regionlar üzrə böyük məşqçi

Rəhim Xəlilov – Ehtiyat üzrə məşqçi