“Transfermarkt” portalı postsovet ölkələrinin milli komandalarında çıxış etmiş futbolçuların zirvə dəyərlərinin reytinqini dərc edib.
Aut.az xəbər verir ki, üçüncü pillədə karyerası ərzində ən yüksək qiyməti 51 milyon avro olan əfsanəvi ukraynalı hücumçu Andrey Şevçenko qərarlaşıb (2006). Andreyin oynadığı dövrdə transfer bazarının o qədər də şişirdilmədiyini nəzərə alsanız, bu rəqəm təsiredicidir.
Siyahıda ikinci yeri 2023-cü ilin əvvəlində 60 milyon avroya qiymətləndirilən “Çelsi”nin ukraynalı vingeri Mixail Mudrik tutub. Düzdür, indi Ukrayna futbol tarixinin ən bahalı oyunçusunun qiyməti 40 milyona düşüb.
Postsovet ölkələrindən ən bahalı futbolçu “Napoli”nin gürcü cinah oyunçusu Xviça Kvaratsxeliya olub . O, həmçinin 2023-cü ildə 85 milyon avro dəyər qazanaraq zirvəyə çatıb.
Qeyd edək ki, siyahıdakı 18 futbolçudan 11-i Ukrayna millisinin təmsilçisidir.
Postsovet ölkələrinin ən bahalı 18 oyunçusu (pik həddə):
- Xviça Kvaratsxeliya (Gürcüstan, 85 milyon avro, 2023)
- Mixail Mudrik (Ukrayna, 60 milyon, 2023)
- Andrey Şevçenko (Ukrayna, 51 milyon, 2006)
- Aleksandr Zinçenko (Ukrayna, 42 milyon, 2023)
- Henrix Mxitaryan (Ermənistan, 37 milyon, 2016)
6-9. Aleksandr Qolovin (Rusiya, 30 milyon, 2018)
6-9. Mario Fernandez (Rusiya/Braziliya, 30 milyon, 2019)
6-9. Ruslan Malinovski (Ukrayna, 30 milyon, 2021)
6-9. Georgi Mamardaşvili (Gürcüstan, 30 milyon, 2023)
10-11. Artem Dovbik (Ukrayna, 28 milyon, 2023)
10-11. Vitali Mykolenko (Ukrayna, 28 milyon, 2023)
- Andrey Arşavin (Rusiya, 26 milyon, 2009)
13-18. Alan Dzaqoev (Rusiya, 25 milyon, 2012)
13-18. Yevgeni Konoplyanka (Ukrayna, 25 milyon, 2015)
13-18. Andrey Yarmolenko (Ukrayna, 25 milyon, 2015)
13-18. Viktor Tsıqankov (Ukrayna, 25 milyon, 2021)
13-18. İlya Zabarnı (Ukrayna, 25 milyon, 2023)
13-18. Anatoli Trubin (Ukrayna, 25 milyon, 2023)
Aut.az