Parisdə “təmizləmə əməliyyatı”: Bu insanlar şəhərdən qovulur
Yay Olimpiya Oyunları ərəfəsində 12 mindən çox evsiz Paris və onun ətrafından qovulub.
Aut.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Mənbənin sözlərinə görə, məcburi köçkünlər arasında sığınacaq axtaranlar, habelə həssas vəziyyətdə olan ailələr və uşaqlar var. Bundan əlavə, yerli polis şəhəri “təmizləmək” üçün fahişələri və narkomanları da hədəfə alır.
Parisdə Olimpiya sosial təmizlənməsinə etiraz edirlər. Söhbət evsizlərin, miqrantların və fahişələrin hüquqlarından gedir.
Paytaxtda çadır şəhərciklərinin sökülməsi prosesi ötən ilin aprelindən intensivləşib. Son bir il ərzində 12 mindən çox evsiz insan köçürülüb.
Qeyd olunur ki, Paris meriyasının evsizlərin ehtiyacları üçün yerlə təmin edilməsi planı hazırlanıb, lakin hələlik təsdiqlənməyib.
Qeyd edək ki, Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.
Aut.az
