“Real” boşuna pul xərcləmir: Onun transferindən bu qədər qazanacaq
“Real”ın Kilian Mbappenin transferindən nə qədər qazana biləcəyi məlum olub.
Aut.az xəbər verir ki, bununla bağlı idman marketinqi mütəxəssisləri araşdırma aparıblar.
Madrid klubunun investisiyalardan çox yüksək gəlir əldə edəcəyi gözlənilir. Bəzi ekspertlərin fikrincə, “Real” 500 milyon avro qazanc əldə edə bilər.
Belə nəticələr Mbappenin əməkdaşlıq etdiyi brendlərlə (“Nike”, “Oakley”, “Hublot”) mümkün müqavilələr nəzərə alındıqdan sonra qəbul edilib. Həmçinin, sosial şəbəkələrdə abunəçilərin artması, formaların ölkədən kənarda satışının artması, televiziya yayımı hüquqlarının bahalaşması da nəzərə alınıb. Fransız futbolçunun gəlişindən sonra La Liqanın mövqeyinin də xeyli artacağı gözlənilir.
Həmçinin 2009-cu ildə Kriştiano Ronaldonun transferi ilə müqayisəli təhlil aparılıb. O zaman klub bu transferə 94 milyon avro xərcləyib və ondan iki dəfə çox qazanıb.
Mbappenin transferi, imza bonusu və maaşı da nəzərə alınmaqla bu keçidin “Real”a 250 milyon avroya başa gələcəyi bildirilir.
