Almaniya

Bu klublar da onu istəyirmiş, “Bavariya” cəld tərpənib – Atası açıqladı

“Bavariya”nın baş məşqçisi təyin olunmazdan əvvəl Vinsent Kompani ilə üç Premyer Liqa klubu maraqlanıb.

Aut.az xəbər verir ki, bu barədə 38 yaşlı mütəxəssisin atası Pyer Kompani danışıb.

Belçikalının əvvəlki iş yeri ötən mövsümün sonunda İngiltərə Premyer Liqasını tərk edən “Bernli” olub.

“Bütün dünya üçün Vinsentin “Bavariya”ya təyinatı sürpriz oldu. Amma mənim üçün yox. Xüsusilə ona hansı komandaların maraq göstərdiyinə baxsanız. Keçən il “Tottenhem” və “Çelsi”  idi. Bu il yenə “Brayton” və “Çelsi”. Amma “Bavariya” kimi klub qapını döyəndə “yox” deyə bilməzsən.

“Bavariya” diqqətini “Bernli”nin Premyer Liqadan aşağı düşməsinə yönəltməyib. Komanda aşağı düşsə belə ​​Vinsentin oyuna olan baxışından əl çəkməməsini yaxşı əlamət hesab etdilər”, – deyə “La Derniere Heure” Pyer Kompaninin  sözlərindən sitat gətirib.

Aut.az