Mbappenin son açıqlaması PSJ-ni qəzəbləndirdi: Şərəfsizlikdir
PSJ komandanın sabiq hücumçusu Kilian Mbappenin Paris klubunun rəhbərliyi ilə bağlı dediyi son sözlərdən narazı qalıb.
Aut.az xəbər verir ki, daha əvvəl Mbappe bildirmişdi ki, klubu tərk edəcəyini elan etdikdən sonra rəhbərliyin hədəsi ilə üzləşib. Ona sərt şəkildə bildiriblər ki, mövsümün qalan oyunlarında oynamayacaq. Kilian iddia edib ki, onu baş məşqçi Luis Enrike xilas edib.
Kluba yaxın mənbənin AFP-yə verdiyi məlumata görə, PSJ Mbappenin davranışını “tamamilə şərəfsiz” adlandırıb.
Aut.az
