Fələstinə dəstək olan futbolçu yəhudilərin liderləri ilə görüşdü
“Bavariya”nın futbolçusu Nussair Mazraoui Münhen yəhudiləri ilə görüşüb.
Aut.az xəbər verir ki, futbolçu Fələstinə dəstək verdikdən sonra yəhudilər buna etiraz etmişdilər. Onlar Nussairi məhkəməyə verəcəkləri ilə hədələyirdilər.
Bildirilir ki, “Bavariya”nın müdafiəçisi ötən cümə axşamı Münhen və Yuxarı Bavariyadakı yəhudi icmasının liderləri ilə danışıb. Görüşdfə həmçinin klubun baş direktoru Yan-Kristian Dresen də iştirak edib.
Görüşün təşəbbüskarının Mazraouinin özü olduğu iddia edilir.
Aut.az
