Dünya futbolu

UEFA “Qızıl top”un tərəfdaşı oldu: Bu mükafat tarixə qovuşdu

“France Football” və “L’Équipe” jurnallarının sahibi olan “Groupe Amaury” 2024-cü ildən etibarən “Qızıl top”u UEFA ilə  birgə təşkil etmək üçün müqavilə imzalayıblar.

Aut.az xəbər verir ki, UEFA və “Groupe Amaury” mükafatın statusunu və qlobal əhatə dairəsini artırmaq niyyətindədir.

Müqavilə çərçivəsində “Groupe Amaury” “Ballon d’Or” brendinin sahibi olaraq qalacaq və müstəqilliyini saxlayaraq səsverməyə nəzarət edəcək.

“UEFA öz futbol təcrübəsini layihəyə gətirəcək, həmçinin qlobal kommersiya hüquqlarını təşviq edəcək və mükafatlandırma mərasimini təşkil edəcək.

Bundan əlavə, kişi və qadın futbolunda ilin ən yaxşı məşqçiləri üçün yeni mükafatlar əlavə olunacaq.

Onu da qeyd edək ki, UEFA bundan sonra Avropada ilin ən yaxşı futbolçusu mükafatını verməyəcək (mükafat 2011-ci ildən verilir).

Xatırladaq ki, “Qızıl top” mükafatı 1956-cı ildən etibarən hər il “France Football” tərəfindən verilir.

Aut.az