Dünya futbolu

Jotanın nakam eşq hekayəsi: Xanımı ilə necə tanış olmuşdu?

Bildiyiniz kimi, “Liverpul”un futbolçusu Dioqo Jota avtomobil qəzasında həlak olub. Bu faciə onun sevdiyi qızla, uzun illərdir birlikdə olduğu Rute Kardozo ilə evlənməsindən cəmi 10 gün sonra baş verib. Toy iyunun 22-də Portuqaliyada keçirilmişdi. Jotanın son paylaşımı da məhz bu mərasimdən olmuşdu. “Bəli, əbədi olaraq” sözləri ilə müşayiət olunan toy fotosu.

Aut.az xəbər verir ki, Dioqo və Rute məktəb illərindən bir yerdə idilər. Onlar Portuqaliyanın Qondomar şəhərində oxuyurdular. Jota həmin şəhərin akademiyasında çıxış edirdi.

Jotanın nakam eşq hekayəsi: Xanımı ilə necə tanış olmuşdu?

“Dioqo Qondomarda əvvəldən oxuyurdu, mən isə Jovinadan gəlmişdim. Çox oxumasa da, yaxşı qiymətlər alırdı. İmtahanlara ancaq iki gün qalmış hazırlaşmağa başlayırdı”, – deyə Rute həmin illəri xatırlayırdı.

16 yaşında Dioqo əyalət klubu olan “Qondomarı” tərk edib daha iddialı “Paçuş de Ferreyra”ya keçmişdi. Bu ayrılıq münasibətlərə təsir etməmişdi. Çünk Qondomardan Paçuşa cəmi 30 dəqiqəlik yol vardı. Onlar mütəmadi görüşür, Rute isə matçlara gedirdi.

Jotanın nakam eşq hekayəsi: Xanımı ilə necə tanış olmuşdu?

2016-cı ildə yeni mərhələ başladı. İspaniya nəhəngi “Atletiko” 19 yaşlı Jotanı transfer etdi. Onlar artıq birlikdə yaşamağa hazırlaşırdı. Rute Madriddəki yeni həyata alışmaq istəsə də, təhsilə də davam etməyi düşünürdü. Portuqaliyada universitetə qəbul olub akademik məzuniyyət götürərək sonra davam etməyi planlaşdırırdı.

Jotanın nakam eşq hekayəsi: Xanımı ilə necə tanış olmuşdu?

Amma “Atletiko” Jotanı “Porto”ya icarəyə göndərdi və cütlük birlikdə yaşamağa başladı. Rute isə universitetə qəbul olub menecment sahəsində diplom aldı.

2017-ci ilin yayında Jota “Vulverhemptona” icarəyə verildi və cütlük İngiltərəyə köçdü. Havanın sərtliyi onları qorxutmurdu. Yanında sevdiyi insan olanda, soyuq əhəmiyyətli deyildi.

Jotanın nakam eşq hekayəsi: Xanımı ilə necə tanış olmuşdu?

Rute daim Jotanı dəstəkləyirdi. “Mən onun sevgilisi və ən yaxın dostu olmaqla yanaşı, bir nömrəli azarkeşiyəm”, – deyirdi. O, təkcə “Vulverhempton”da yox, “Liverpul”da da bu ənənəni davam etdirirdi.

2023-cü ilin oktyabrında Jota “Tottenhem”lə oyunda iki dəqiqə ərzində iki sarı vərəqə alaraq qovulmuşdu. Rute o zaman sosial şəbəkədə epizodu paylaşaraq “saxtalaşdırılmış oyun” yazmış və kloun emojisi əlavə etmişdi. Sonradan Premyer Liqanın müstəqil komissiyası qərar verdi ki, Jota qırmızı vərəqəyə layiq deyildi.

Jotanın nakam eşq hekayəsi: Xanımı ilə necə tanış olmuşdu?

Cütlüyün ailəsi 2021-ci ildən genişlənməyə başladı. Fevralda ilk oğlu Diniş dünyaya gəldi. Daha sonra 2023-cü ildə Duerte adlı ikinci oğlu və 2024-cü ildə bir qızları oldu. Dioqo tez-tez qollarını hamilə olan sevgilisinə həsr edirdi.

Dioqo və Rute boş vaxtlarında çox səyahət edir, Rute isə əsasən gizli həyat tərzi sürürdü. O, az müsahibə verir, demək olar ki, bütün paylaşımlarını ailəyə həsr edirdi. 2022-ci ildə Dioqo ona evlilik təklifi etmişdi və 2024-cü ildə münasibətlərini rəsmiləşdirmişdilər. Toy isə onların eşq hekayəsinin zirvəsi oldu. Lakin bu xoşbəxtlik bir neçə gün çəkdi.

Heybət

Jotanın nakam eşq hekayəsi: Xanımı ilə necə tanış olmuşdu?Jotanın nakam eşq hekayəsi: Xanımı ilə necə tanış olmuşdu?

Jotanın nakam eşq hekayəsi: Xanımı ilə necə tanış olmuşdu?