Bundesliqada əsas sponsordan ən çox kim qazanır? – “Bavariya” deyil
“Transfermarkt” Almaniya Marketinq İnstitutunun məlumatlarına istinadən bütün Bundesliqa klubları üçün sponsorluq dəstəyi cədvəlini hazırlayıb.
Aut.az xəbər verir ki, söhbət komandanın forması üzərində yerləşdirilən baş sponsordan gedir.
Lider “Volkswagen”dən (avtomobil istehsalçısı) ildə 70 milyon avro alan “Volfsburq”dur. İkinci yerdə “Bavariya” və “Telekom” (telekommunikasiya şirkəti) qərarlaşıb – 50 milyon avro. İlk üçlüyü “Leyptsiq” və Red Bull (enerji içkisi istehsalçısı) tamamlayır – 35 milyon avro.
Və digər komandalar:
Dortmund və Vodafone (telekom operatoru) – 30 milyon avro;
“Borussiya” M və “Reuter” (hamam və işıqlandırma avadanlıqları) – 11 milyon avro;
“Ayntraxt” və “Indeed” (iş axtarış xidməti) – 10 milyon avro;
“Bayer” və “Barmenia” (sığorta şirkəti) – 8 milyon avro;
“Ştutqart” və LBBW (kommersiya bankı) – 8 milyon avro;
“Verder” və “Matthai” (tikinti) – 7 milyon avro;
“Hoffenhaym” və SAP (təşkilatlar üçün proqram təminatı istehsalçısı) – 6,5 milyon avro;
“Frayburq” və “Cobrad” (lizinq) – 5,9 milyon avro;
“Maynts” və “Kommerling” (pəncərə istehsalı) – 4,5 milyon avro;
“Köln” və “Rewe Group” (pərakəndə) – 4,5 milyon avro;
“Hamburq” və “Hansemerkur” (özəl sığorta şirkəti) – 4 milyon avro;
“Haydenhaym” və MHP (“Porsche”nin törəmə şirkəti) – 2,1 milyon avro;
“Sankt Pauli” və “Konqstar” (mobil operator) – 1,8 milyon avro.
Aut.az
