“Bayer Leverkuzen” Virtsi bu qiymətə satacaq
“Bayer Leverkuzen” 22 yaşlı yarımmüdafiəçisi Florian Virts üçün 150 milyon avro qiymət müəyyən edib.
Aut.az xəbər verir ki, bu barədə “Sky Sport Germany“ məlumat yayıb.
Mənbənin sözlərinə görə, klub 100 milyon avroluq təklifləri dərhal rədd etməyi planlaşdırır. Belə təkliflər gəldiyi halda. alman futbolçu ilə “Bavariya”, “Mançester Siti” və “Liverpul” maraqlanır, lakin hələlik “Bayer”ə rəsmi yazılı təklif göndərilməyib.
Cari mövsümdə Virts bütün turnirlərdə 44 oyuna çıxıb, 16 qol vurub və 15 məhsuldar ötürmə edib. Onun Leverkuzen təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir.
