“Barsa” hücumçusunu satır: İngiltərə klubu 50 milyon verir
“Aston Villa” “Barselona”nın 25 yaşlı hücumçusu Ferran Torreslə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Birmingham Mail” məlumat yayıb.
Mənbənin məlumatına görə, Birmingem klubu ispan futbolçunu gələn ilin yayında ala bilər. “Barselona” Torres üçün 50 milyon avroluq təklifi nəzərdən keçirəcək.
Torres bu mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 19 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2027-ci ilin yayına qədərdir.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 28 milyon avrodur.
Aut.az
