Musa İtaliya nəhəngində
“Milan” İspaniyanın “Valensiya” klubundan amerikalı yarımmüdafiəçi Yunus Musanın transferini rəsmən açıqlayıb.
Aut.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi İtaliya klubu ilə 30 iyun 2028-ci ilə qədər müqavilə imzalayıb və 80 nömrəli forma geyinəcək.
Yunus 2002-ci il noyabrın 29-da Nyu-Yorkda anadan olub. O, 2019-cu ildə “Valensiya”ya keççməzdən əvvəl “Arsenal”ın akademiyasında təlim keçib.
O, 2020-ci ilin sentyabrında “yarasalar”ın heyətində debüt edib, bu komandada 108 oyuna çıxıb, 5 qol vurub. O, ABŞ milli komandasının heyətində 27 oyun keçirib və iki dəfə CONCACAF Millətlər Liqasının qalibi olub.
Aut.az
