Prezident özünün də, onun da qalacağını təsdiqlədi: Əsl hədiyyədir
“İnter”in prezidenti Stiven Canq bildirib ki, o və Simone İnzaqi klubda qalacaq.
Aut.az xəbər verir ki, Canq bu barədə “Sky Sport F1”-ə bildirib.
“ İnter”ə sahib olduğumuz son yeddi il ərzində müxtəlif söz-söhbətlər yayılıb. Biz altı kubok qazandıq, mübarizəyə və qalibiyyətə davam edəcəyik. Mən klubun prezidentiyəm və nə qədər ki, sahibiyəm, çalışacağıq ki, qələbələr qazanaq.
İnzaqi mənim üçün əsl hədiyyədir, sabitlik verir və şübhəsiz ki, biz birlikdə işləməyə davam edəcəyik.
Mən komandamla çox fəxr edirəm və bu klubun prezidenti olduğum üçün inanılmaz dərəcədə xoşbəxtəm”, – deyə Canq bildirib.
Aut.az
