İspaniya futbolunun qara günü: 9 yaşlı futbolçu irqçiliyin qurbanı oldu
İspaniyada uşaq komandaları arasında keçirilən oyun irqçilik qalmaqalına çevrilib.
Aut.az “Relevo”ya istinadən xəbər verir ki, insident 2014-2015-ci il təvəllüdlü futbolçuların iştirak etdiyi “Karbaxosa” – “Santa Marta” matçı zamanı baş verib. Tamaşaçılardan biri 9 yaşlı qaradərili futbolçunu təhqir edərək, onu “lənətli qara adam” adlandırıb. Bu səbəbdən uşaq panik atak keçirib.
Regional hakimlər komitəsinin klubları oyunlar zamanı təhlükəsizlik tədbirləri görməyə çağırmasına baxmayaraq, irqçi insident baş verib.
Bundan əvvəl Villamayor şəhərində (Salamanka əyalətinin bir hissəsi) bir azarkeş mətbəx bıçağı ilə gənclər komandasının oyununa gələrək əlbəyaxa dava salıb və mülki mühafizəçini öldürüb.
