“Real”ın futbolçularına bahalı avtomobil verildi: Ançelotti 200 minlik modeli seçdi – FOTO
“Real”ın oyunçuları mövsümün əvvəlində hər oyunçuya bir avtomobil verən klubun əsas sponsorlarından olan BMW-dən avtomobil seçmək imkanı əldə etdilər.
Aut.az xəbər verir ki, tanıtım çərçivəsində futbolçular La Liqanın növbəti matçında “Atletiko” ilə oyuna bu avtomobillərdə getməli olacaqlar.
Madrid klubunun ukraynalı qapıçısı Andrey Lunin 114 min avro (təxminən 205 min manat) dəyəri olan “BMW i5 M60 xDrive” seçib. Maraqlıdır ki, baş məşqçi Karlo Ançelotti də eyni modeli seçib.
Aut.az


