1 aylıq sıradan çıxdı
“Real” ciddi itki ilə üzləşib.
Aut.az xəbər verir ki, “kral klubu”nun müdafiəçisi Ferlan Mendi sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məşqdə sıradan çıxan fransalı futbolçunun azı bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, Mendi ötən mövsüm 28 oyuna çıxıb.
