Ərəblər onun da “saqqızını” oğurlayıbmış, lakin…
“Atletiko”nun hücumçusu Alvaro Morata ötən yay Madrid klubunu tərk etməyə yaxın olduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, Morata bu barədə “Marca” nəşrinə danışıb:
“Səudiyyə Ərəbistanından təklif almışdım. Bu təklifi qəbul etməyə çox yaxın idim.
Lakin Simeone ilə söhbətim oldu, ondan sonra fikrimi dəyişdim. “Atletiko” ilə titul qazanmağı çox istəyirəm. Bu yay müqaviləmi iki dəfə uzatdım: əvvəlcə 2026-cı ilə qədər, sonra isə daha bir mövsüm”.
Aut.az
