Şok iddia: Görün Xavini hansı klub istəyir
London “Çelsi”si cari mövsümün sonunda Kataloniya klubunu tərk edəcək “Barselona”nın baş məşqçisi Xavi ilə danışıqlar aparmaq niyyətindədir.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Pedro Almeyda məlumat verib.
Mənbənin sözlərinə görə, “Çelsi”nin bossları ispan mütəxəssisin London klubunun yeni baş məşqçisi vəzifəsinə uyğun olub-olmadığını qiymətləndirmək istəyirlər.
Premyer Liqanın cari mövsümünü “Çelsi” altıncı yerdə bitirib.
Aut.az
