“Liverpul”la “Real”ın 90 milyonluq müdafiəçi uğrunda mübarizəsi
“Liverpul” və “Real” “RB Leyptsiq”in fransız müdafiəçisi Kastello Lukeba uğrunda mübarizə aparırır.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin sözlərinə görə, alman klubu futbolçusunu buraxmaq istəmir, lakin fransalının müqaviləsində 90 milyon avroluq sərbəst qalma maddəsi var.
Lukebanın müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” portalı 21 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 40 milyon avro qiymətləndirir.
Aut.az
