Hokkey

Moskvada oynayan amerikalı xokkeyçi: Rus mətbəxi iyrəncdir

Amerikalı xokkeyçi Brennan Menell rus mətbəxini sevmədiyini etiraf edib.

Aut.az xəbər verir ki, Menell 2020-ci ildən KHL-də çıxış edir, son iki mövsümü Moskva “Dinamo”sunda keçirib. 2023-cü ilin yayında o, Rusiya Federasiyasının vətəndaşlığını qəbul edib.

“Rusiyada nəyi bəyənmirəm? Ənənəvi rus mətbəxini. Mən çox şey sınamışam. Bir neçə yeməkdən xoşum gəlir, amma bir çox balıq yeməkləri və bəzi salatlar zövqümə uyğun deyil.

Mənə görə “şprot” ən iyrənc rus yeməyidir . Kürü pis deyil, zamanla öyrəşirsən. Bu iyrənc deyildi, amma restoranda sifariş verməzdim. Bunun əvəzinə bir çox başqa yeməklər var ki, mən onlara üstünlük verirəm”, – Menell “Rus Code” nəşrinə bildirib.

Aut.az