Hokkey

Stenli kubokunun qalib bu qədər mükafat alacaq

Komandaların pley-offda iştirakına, o cümlədən Stenli Kubokunu qazanmağa görə MXL-dən alacaqları pul mükafatları məlum olub.

Bu turnirin qalibi 6,5 milyon dollar alacaq, onun bir hissəsi komandanın oyunçuları arasında bölünəcək. Finalda uduzan klub 3,7 milyon dollar qazanacaq.

“Florida” və “Edmonton” arasındakı final seriyasında hesab 3:1 “panterlər”in xeyrinədir. Növbəti oyun onların meydanında olacaq.

Bundan əlavə, pley-offun birinci, ikinci və üçüncü raundlarında uduzan komandalar müvafiq olaraq 420, 850 və 2 milyon dollar qazanacaqlar.

Aut.az.