Lunyev “Zenit”in çempionluğunu şərh etdi
“Zenit”in keçmiş qapıçısı, hazırda “Qarabağ”da çıxış edən Andrey Lunyev Rusiya Premyer Liqasının 2023/2024 mövsümünün yekunu haqda danışıb.
Aut.az xəbər verir ki, Lunyev “Zenit”in çempionluğunun qanunauyğun olduğunu bildirib.
“Hamının şansı oldu. Hər şey “Zenit”in əlində deyildi, amma uşaqlar əllərindən gələni etdilər və paralel oyunda istədikləri nəticəni aldılar. “Zenit” çempionluğa layiqdir.
Təbii ki, uşaqlar üçün sevindim. “Zenit” mənim üçün yad komanda deyil. Söhbət etdiyim oğlanları növbəti titulları münasibətilə təbrik etdim.
Komanda ən yaxşı vəziyyətdə olmasa da, çempion olmağı necə bacardı? Yəqin ki, rəqiblər stabil deyildi. Yenə də “Zenit”in özəyi qorunub saxlanılıb. Uşaqlar uzun müddətdir ki, birlikdə oynayırlar. Onlar bütün problemlərin öhdəsindən gəldilər və istədikləri nəticəni əldə etdilər.
Şübhəsiz ki, “Zenit” çempionatın taleyinin həll olunduğu belə gərgin matçlarda “Dinamo” və “Krasnodar”dan daha çox təcrübəyə malikdir”, – Lunyev bildirib.
Aut.az
