Neftçilərdən qələbə rekordu
Milli Xokkey Liqasının müntəzəm mövsüm matçında ötən gecə “Kalqari Fleyms” və “Edmonton Oylers” üz-üzə gəlib.
Aut.az xəbər verir ki, görüşdə Edmonton xokkeyçiləri 3:1 hesabı ilə qalib gəliblər.
Bu qələbə kanadalılar üçün ardıcıl 13-cü qələbə olub. Beləliklə, Neftçilər liqa tarixində NHL-də çıxış edən Kanada klubları arasında ən uzun qələbə seriyasına görə rekorda imza atıblar.
Bundan əvvəl ən yaxşı nəticə “Monreal”a məxsus idi. Komanda 1967/1968 mövsümündə ardıcıl 12 qələbə qazanıb. NHL rekordu isə 1992/1993 mövsümündə ardıcıl 17 qələbə qazanan “Pittsburq”a məxsusdur.
