31 il əvvəlki rekord təkrarlandı
Milli Hokkey Liqasının (NHL) müntəzəm mövsümünün növbəti oyun günündə 3 komanda bir dövrədə 5 qol vurmağı bacarıb.
Aut.az xəbər verur ki, bu da onlara 31 il əvvəl qeydə alınan rekordu təkrarlamağa imkan verib.
“Tampa Bay Laytninq” və “Kolorado Avalanş” (8:2) arasında keçirilən ev matçının ilk hissəsində 5 qol qeydə alınıb. Oyunun üçüncü hissəsində “Dallas Stars”ı 6:4 hesabı ilə məğlub edən “Karolina Harrikens” 5 qol vurub. “San Xose Şarks” və “Los Anceles Kinqs” (7:2) arasında keçirilən görüşün son hissəsində də 5 qol vurulub.
“OptaSTATS”-ın məlumatına görə, 1993-cü ildən bəri ilk dəfə olaraq Milli Hokkey Liqasının (NHL) üç matçının bir dövrəsində 5 və ya daha çox qol vurulub. Komandalar “Boston Bruyns”, “Filadelfia Flayers” və “Los Anceles Kinqs”in nailiyyətlərini təkrarlaya biliblər.
Aut.az
