Haaland 2026-cı ildə “Siti”ni bu kluba dəyişəcək – “Real” deyil
“Mançester Siti”nin 24 yaşlı ulduz hücumçusu Erlinq Haaland komandanı tərk edə bilər.
Aut.az xəbər verir ki, “Elgoldigital”a görə, Haaland “Barselona”ya keçə bilər.
Lakin bu, 2026-cı ilin yayına qədər baş verməyəcək. Məhz 2026-cı ildə Robert Levandovski komandadan ayrılacaq. Kataloniyalılar əmindirlər ki, Haaland onların layihəsini seçəcək. Norveçli özü də La Liqada oynamaq arzusundadır.
Haaland ötən mövsüm “Siti”də bütün yarışlarda 45 oyun keçirib, 35 qol vurub və 6 məhsuldar ötürmə edib. 2024/25 Premyer Liqa mövsümündə norveçli artıq 12 qol vurub.
Aut.az
