Məşhur xokkeyçinin evi yarıldı: Çempionluq üzüklərini apardılar
“Pittsburq Pinqvins” klubunun hücumçusu Yevgeni Malkinin Stenli Kuboku çempionluğunun üzükləri oğurlanıb.
Aut.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Həftə sonu idmançının Syuikli-Haytsdakı evinə oğrular girib. Hücum edənlər həyəcan siqnalını və kameraları söndürə bilib və seyfi sındırıblar. Oğrular 2009, 2016 və 2017-ci illərdə qazanılan çempionluğa görə verilən üzükləri aparıblar.
Müstəntiqlər hesab edirlər ki, Malkin ulduz idmançılar üzrə ixtisaslaşmış cinayətkarların qurbanı olub.
Aut.az
