Hokkey

Qazaxıstan geri addım atdı: Mundiala ev sahiblik etmək istəmirlər

Qazaxıstan artıq 2028-ci il hokkey üzrə dünya çempionatına ev sahibliyi etmək iddiasında deyil.

Aut.az xəbər verir ki, bu barədə Beynəlxalq Hokkey Federasiyasının (IIHF) prezidenti Luk Tardifə məlumat yayıb.

Qazaxıstan fevralın əvvəlində dünya çempionatını təşkil etmək niyyətini açıqlayıb. Ərizənin təqdimatının mayın sonunda Praqada keçiriləcək IIHF Konqresində keçiriləcəyi planlaşdırılırdı.

2028-ci ildə keçiriləcək turnirə Paris və Lionda matçların keçirilməsini təklif edən Fransa ev sahibliyi edə bilər.

Qeyd edək ki, 2025-ci ildə dünya çempionatı İsveç və Danimarkada, 2026-cı ildə İsveçrədə, 2027-ci ildə isə Almaniyada keçiriləcək.