Rus xokkeyçi 21 yaşında faciəli şəkildə öldü
“Norilsk” xokkey klubunun (Ümumrusiya Xokkey Liqası) hücumçusu Yeqor Yadıkin 21 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə komandanın Telegram kanalı məlumat yayıb.
Klub oyunçunun faciəvi şəkildə dünyasını dəyişdiyini, lakin ölüm səbəbinin açıqlanmadığını qeyd edib.
“Yeqorun qəfil gedişi xəbəri klubumuzdakı hər kəs üçün şok oldu. “Norilsk”in bütün fikirləri və dəstəyi onun ailəsi və dostları ilədir. Klubumuz onlara bütün lazımi köməyi göstərəcək”, – deyə bəyanatda bildirilir.
Aut.az
