Hokkey

5 illik müqavilə imzalandı: Nə qədər qazanacaq?

“Dallas” müdafiəçi Asa Lindell ilə yeni müqavilə imzaladığını açıqlayıb.

Aut.az xəbər verir ki, 30 yaşlı finlandiyalı hokkeyçi ilə müqavilə 2025/26 mövsümündə qüvvəyə minəcək və 2029/30 mövsümünün sonuna qədər qüvvədə olacaq. Asa ümumilikdə 26,25 milyon dollar qazanacaq.

Lindell, 2012 NHL Giriş Draftında 74-cü ümumi seçimlə “Dallas” tərəfindən seçilib. Müdafiəçi 2015/16 mövsümündə “ulduzlar”ın əsas komandasında debüt edib.

Aut.az