Consonun ölümündə günahkar bilinən xokkeyçi həbs edildi
Britaniya polisi keçmiş MXL oyunçusu Adam Consonun ölümündə əli olan xokkeyçini həbs edib.
Aut.az xəbər verir ki, o, qəsdən adam öldürməkdə şübhəli bilinir.
Consonun ölümcül boyun zədəsindən həyatını itirdiyi müəyyən edilib. Xatırladaq ki, hadisə İngiltərə Çağırış Kuboku çərçivəsində “Nottingem Panters” və “Şeffild Stilers” matçında baş verib.
Adamın boynu təsadüfən aldığı zərbə nəticəsində konki ilə kəsilib. Futbolçu xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Aut.az
